09.08.2020

"Olimpiya" cüdo klubu

Cüdo – həyat qədər vacibdir

Fərid Mansurov: “Olimpiya növləri üzrə yığmaların məşqsiz qalması mümkün deyil”

“Olimpiya növləri üzrə yığma komandaların məşqsiz qalmaları mümkün deyil”.

Sportline.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov koronavirus pandemiyası ilə bağlı 2 həftəlik sərt karantin müddətində məşqlərin baş tutub-tutmayacağı barədə danışarkən deyib.

Nazirlik rəsmisi bildirib ki, güləş, cüdo, taekvondo, boks və karate Azərbaycanın dayaq idman növləridir və həmin növlərdə məşqləri tam dayandırmaq olmaz: “Bəzi Olimpiya kompleksləri idmançıların sərəncamına verilib. Bu obyektlər hər bir vəziyyətə, bütün təlimatlara hazırdır. Orada idmançıların sırf qapalı məşqləri nəzərdə tutulub. Komlekslərə giriş-çıxış qadağandır. Yalnız böyüklərdən ibarət yığmalar Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman komplekslərində qapalı məşq edirlər”.

Pandemiyanın idmana təsirindən də söz açan Mansurov hazırkı məqamda medal qazanma məsələsinin ikinci dərəcəli olduğunu söyləyib: “Çox çətin vəziyyətdir. Amma bu, tək idmanda yox, digər sahələrə də hiss olunur. Medallar ikinci dərəcəlidir. Əsas insanların, vətəndaşlarımızın sağlamlığıdır. İdman aləmi də pandemiya dövründə qoyulan qadağalara əməl etməyə məcburdur”.